Reklam resmi
Reklam resmi

Tramp İranla bağlı mühüm açıqlama verəcək

Tramp İranla bağlı mühüm açıqlama verəcək
Dünya

ABŞ prezidenti Donald Tramp iyulun 16-da televiziya ilə xalqa müraciəti zamanı ABŞ-İran münasibətlərindəki son vəziyyətə toxunmağı planlaşdırır.

Ajans.az xəbər verir ki, bu barədə Axios nəşri Trampın müşavirlərindən birinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, prezident çıxışında ABŞ-də keçirilən seçkilər, Vaşinqton və Tehran arasında yaşanan son hadisələr, eləcə də gündəmdə olan digər mühüm məsələlər barədə danışacaq.

"Bu, müxtəlif mövzuları əhatə edən çıxış olacaq", – deyə Trampın müşaviri bildirib.

O əlavə edib ki, İran ətrafında vəziyyət sürətlə dəyişdiyi üçün prezident bu mövzuya xüsusi diqqət ayırmaq niyyətindədir.

Bundan əvvəl Donald Tramp Truth Social platformasında iyulun 16-sı axşam saatlarında televiziya vasitəsilə xalqa müraciət edəcəyini açıqlasa da, çıxışın mövzusunu dəqiqləşdirməmişdi.

Bəzi ABŞ KİV-lərinin, o cümlədən MS Now-un məlumatına görə, Trampın çıxışında 2020-ci il ABŞ prezident seçkilərinə xarici müdaxilə iddiaları da müzakirə oluna bilər.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ İran

Digər Xəbərlər