Banqladeşin cənub-şərqində aramsız yağan leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində həlak olanların sayı 54-ə çatıb, 39 nəfər isə yaralanıb.
Ajans.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, güclü yağışlar çayların məcrasından çıxmasına səbəb olub və nəticədə ölkənin fövqəladə vəziyyət elan edilmiş 11 bölgəsi su altında qalıb.
Təbii fəlakət səbəbindən təxminən 40 min nəfər təhlükəsiz ərazilərə təxliyə edilib.
Hazırda xilasedicilər və könüllülər zərərçəkənlərə humanitar yardım çatdırırlar. Bununla belə, ucqar yaşayış məntəqələrinin sakinləri yardımın gecikdiyini və zəruri ləvazimatların çatışmadığını bildirirlər.