Reklam resmi
Reklam resmi

Tramp: Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik

Tramp: Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik
Dünya

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazına nəzarətlə bağlı diqqətçəkən açıqlama verib.

Ajans.az xəbər verir ki, o bildirib ki, ABŞ Hörmüz boğazına nəzarəti öz üzərinə götürməyi və bölgədə təhlükəsizliyi təmin etməyi planlaşdırır.

"Hörmüz boğazına nəzarəti ələ keçiririk. Ona nəzarət edəcəyik və təhlükəsizliyini təmin etdiyimizə görə müəyyən haqq alacağıq", – deyə ABŞ prezidenti bildirib.

Trampın bu açıqlaması beynəlxalq enerji daşımalarının əsas marşrutlarından biri hesab olunan Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp

Digər Xəbərlər