Reklam resmi
Reklam resmi

40 il şirkətdə çalışan Zara rəhbəri İSTEFA VERDİ

Dünya

İspaniyanın məşhur geyim brendi Zaranın ən gəlirli bölməsinə rəhbərlik edən Beatriz Padin 25 ildən sonra vəzifəsindən ayrılıb.

Ajans.az xəbər verir ki, bu barədə FashionUnited məlumat yayıb.

Məlumata görə, Inditex şirkətinin İdarəetmə Komitəsinin üzvü olan Beatriz Padin öz istəyi ilə istefa verib. Şirkət bu barədə İspaniyanın Milli Qiymətli Kağızlar Bazarı Komissiyasına (CNMV) təqdim etdiyi rəsmi açıqlamada məlumat verib.

Padin son 25 il ərzində Zara-nın qadın geyimləri bölməsinə rəhbərlik edib və ümumilikdə şirkətdə 40 il çalışıb. O, 17 yaşında şirkətə qoşulub və fəaliyyətinin ilk 15 ilini logistika və anbar istiqamətində çalışaraq keçirib.

Məlumata əsasən, Zara Womenswear bölməsinin rəhbəri vəzifəsinə Alfredo Ferro Varela təyin olunub. O, 2013-cü ildən etibarən brendin qadın geyimləri xəttinin əsas istiqamətlərindən biri olan Zara Basic bölməsinə rəhbərlik edirdi.

author picture
Leyla Bayandurlu
Mövzular:
Zara Beatriz Padin

Digər Xəbərlər