Reklam resmi
Reklam resmi

Paşinyanla mübahisə edən həkim işdən ÇIXARILDI

Paşinyanla mübahisə edən həkim işdən ÇIXARILDI
Dünya

Ermənistanda seçki kampaniyası zamanı Baş nazir Nikol Paşinyanla mübahisə edən həkim Arpine Soqoyanın işdən çıxarıldığı bildirilir.

Ajans.az xəbər verir ki, bu barədə həkimin qızı sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, anası İrəvandakı klinikada 21 il qüsursuz fəaliyyət göstərdikdən sonra ştat ixtisarı səbəbilə işdən azad edilib.

O bildirib ki, qərara əsasən, klinikada qadın sağlamlığı şöbəsi fəaliyyətini davam etdirəcək, lakin şöbə müdiri vəzifəsi ləğv olunacaq.

"O deməkdir ki, gələcək analar da daxil olmaqla, minlərlə qadın uzun illər təcrübəsi olan şöbə müdirinin rəhbərliyindən məhrum olacaq", – deyə o qeyd edib.

Həkimin qızı klinikanın maliyyə çatışmazlığı ilə bağlı izahını inandırıcı hesab etmədiyini bildirib və anasının işdən çıxarılmasının Paşinyanla yaşadığı mübahisədən sonra baş verməsinə diqqət çəkib.

O, paylaşımında bu qərarın söz azadlığı ilə bağlı suallar doğurduğunu iddia edib.

Rəsmi qurumlar isə həkimin işdən çıxarılmasının siyasi motivli olması ilə bağlı iddialara münasibət bildirməyiblər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ermənistan Nikol Paşinyanl

Digər Xəbərlər