Azərbaycan Ordusunun hərbçisi vəfat etdi
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu dünyasını dəyişib.
Ajans.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, hərbçimiz Kərimov Ramiq Elxan oğlu xidmətdən kənar vaxtda yüksək arterial təzyiq nəticəsində beyninə qan sızması səbəbindən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyi faktı təsdiqləyib.
Mövzular: