Reklam resmi
Reklam resmi

Prezident Azərbaycanda radionun 100 illiyini təbrik edib

Prezident Azərbaycanda radionun 100 illiyini təbrik edib
Cəmiyyət

Prezident İlham Əliyev Azərbaycan Radiosunun 100 illiyi münasibətilə media nümayəndələrini təbrik edib.

Ajans.az xəbər verir ki, Prezident İlham Əliyev Şuşada keçirilən tədbirdə media nümayəndələri ilə görüşüb.

Daha sonra "ASAN Radio"nun direktoru Emin Musavi bildirib ki, həmin gün təkcə Azərbaycan Radiosunun 100 illiyi deyil, həm də “ASAN xidmət”in yaradılmasının 14-cü ildönümüdür. Onun sözlərinə görə, Prezident İlham Əliyevlə söhbət zamanı hər iki əlamətdar tarix diqqətə çatdırılıb.

Qeyd edək ki, 2026-cı ildə Azərbaycanda radio yayımının başlanmasının 100 ili tamam olur. Eyni zamanda, iyulun 13-ü “ASAN xidmət”in yaradılması haqqında fərmanın imzalandığı gün kimi qurumun fəaliyyətinin 14-cü ildönümü kimi qeyd edilir.

Mövzular:
Azərbaycan Radiosu ASAN xidmət Şuşa

Digər Xəbərlər