Reklam resmi
Reklam resmi

Rusiyada DƏHŞƏT: Kişi tanışını spirt tökərək YANDIRDI

Rusiyada DƏHŞƏT: Kişi tanışını spirt tökərək YANDIRDI
Dünya

Rusiyanın Yəhudi Muxtar Vilayətində 43 yaşlı Birobijan sakini tanışını xüsusi amansızlıqla öldürməyə cəhd etməkdə ittiham olunub.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

İstintaqın məlumatına görə, hadisə iyulun 3-ü axşam saatlarında baş verib. Bildirilir ki, təqsirləndirilən şəxslə tanışı arasında münaqişə yaranıb və qadın hadisə yerini tərk edib.

Bir müddət sonra kişi taksi ilə hərəkət edərkən qadını mağazanın yaxınlığında görüb. O, avtomobili saxlayaraq qadına yaxınlaşıb, ona fiziki zorakılıq tətbiq edib. Daha sonra üzərində olan spirtli mayeni qadının üzərinə tökərək onu yandırıb.

Ətrafdakı şəxslərin müdaxiləsi nəticəsində alov söndürülüb və qadının həyatı xilas edilib.

Hadisədən sonra şübhəli saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Rusiya İstintaq Komitəsi

Digər Xəbərlər