Azərbaycanda orta aylıq əməkhaqqı ARTDI
Azərbaycanda orta aylıq nominal əməkhaqqı artmaqda davam edir. Azərbaycanda orta aylıq nominal əməkhaqqı artmaqda davam edir.
Ajans.az xəbər verir ki, Dövlət Statistika Komitəsinə əsasən, 2026-cı ilin yanvar-may aylarında ölkə üzrə orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq 1175 manata çatıb.
Hesabata əsasən, eyni dövrdə əhalinin nominal gəlirləri 10,3% artaraq 47 milyard 309 milyon manata yüksəlib.
Bununla yanaşı, istehlak qiymətləri indeksinin artımı, yəni illik inflyasiya 5,7% təşkil edib.
Mələksəda Ziyad
Mövzular: