Türkmənistan Azərbaycanda yeni səfirlik binası tikəcək
Türkmənistanın Tikinti və Memarlıq Nazirliyi Azərbaycanın paytaxtı Bakıda Türkmənistan Səfirliyinin yeni inzibati binasının tikintisi ilə bağlı beynəlxalq tender (müsabiqə) elan edib.
Ajans.az xəbər verir ki, bu barədə Türkmənistanın Tikinti və Memarlıq Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, layihədə iştirak etmək istəyən şirkətlərin təklifləri Türkmənistan Tikinti və Memarlıq Nazirliyinin Marketinq və Xarici İqtisadi Əlaqələr Departamenti tərəfindən qəbul ediləcək və qeydiyyata alınacaq.
Tender üzrə sənədlərin qəbulu 19 avqust 2026-cı il tarixinədək davam edəcək.
Yeni səfirlik binasının tikintisinin Türkmənistanın Azərbaycandakı diplomatik nümayəndəliyinin fəaliyyət imkanlarının genişləndirilməsinə xidmət edəcəyi gözlənilir.
Mövzular: