Reklam resmi
Reklam resmi

Venesuelada zəlzələ qurbanlarının sayı 3899 nəfərə çatdı

Venesuelada zəlzələ qurbanlarının sayı 3899 nəfərə çatdı
Dünya

Venesuelada baş verən güclü zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 3899 nəfərə çatıb, 16 740 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ajans.az xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının sədri Xorxe Rodrigez sosial media hesabında məlumat verib.

Bildirilib ki, indiyədək 86 794 ailəyə humanitar yardım çatdırılıb, 16 892 ailə isə 89 müvəqqəti sığınacaqda yerləşdirilib. ABŞ səfirliyinin məlumatına görə, Qlobal Səhiyyə Missiyası proqramı çərçivəsində 30 mindən çox zərərçəkənə humanitar yardım göstərilib.

Pan Amerika Səhiyyə Təşkilatı (PAHO) vəziyyəti fövqəladə elan edib. Təşkilatın qiymətləndirməsinə əsasən, fəlakətin nəticələrinin aradan qaldırılması üçün 24 milyon ABŞ dollarına ehtiyac var. Hazırda isə bu məqsədlə təxminən 9 milyon dollar vəsait səfərbər edilib. Əsas risklər sırasında səhiyyə xidmətlərində fasilələr, içməli su çatışmazlığı, müvəqqəti sığınacaqlarda sıxlıq və peyvənd ehtiyacı göstərilir.

Xatırladaq ki, iyunun 24-də Venesuelada 39 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki zəlzələ qeydə alınıb. BMT İnkişaf Proqramının hesablamalarına görə, təbii fəlakətin vurduğu iqtisadi zərər təxminən 6,7 milyard ABŞ dolları təşkil edir. Ölkədə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Venesuela zəlzələ

Digər Xəbərlər