Reklam resmi
Reklam resmi

İran ABŞ-i razılaşmanı pozmaqda GÜNAHLANDIRDI

İran ABŞ-i razılaşmanı pozmaqda GÜNAHLANDIRDI
Dünya

İran ABŞ-ni ölkəyə qarşı həyata keçirilən yeni zərbələrlə iki dövlət arasında imzalanmış Anlaşma Memorandumunun müddəalarını pozmaqda ittiham edib.

Ajans.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, ABŞ-ın son hücumları memorandumun hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan birinci bəndinin kobud şəkildə pozulması kimi qiymətləndirilir.

"Bu aqressiv hücumlar Anlaşma Memorandumunun hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan birinci bəndinin kobud şəkildə pozulmasıdır", – deyə sənəddə vurğulanıb.

İran Xarici İşlər Nazirliyi həmçinin bəyan edib ki, öhdəliklərini pozan ABŞ regionda gərginliyin yenidən artmasının mümkün təhlükəli nəticələrinə görə tam məsuliyyət daşıyır.

author picture
Leyla Bayandurlu
Mövzular:
İran ABŞ

Digər Xəbərlər