Reklam resmi
Reklam resmi

NATO sammitində 50 milyard dollarlıq müdafiə sazişləri imzalandı

NATO sammitində 50 milyard dollarlıq müdafiə sazişləri imzalandı
Dünya

Türkiyənin paytaxtı Ankarada keçirilən NATO sammiti çərçivəsində təşkil olunan müdafiə sənayesi forumunda ümumi dəyəri ən azı 50 milyard dollar olan müdafiə müqavilələri imzalanıb.

Ajans.az xəbər verir ki, bu barədə "Türkiye" qəzeti məlumat yayıb.

Məlumata görə, müqavilələr hava hücumundan müdafiə sistemlərinin və pilotsuz uçuş aparatlarının (PUA) tədarükünü, həmçinin silah və hərbi texnika sahəsində birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.

NATO-nun baş katibi Mark Rutte daha əvvəl bildirmişdi ki, alyansa üzv 20 ölkə dron istehsalı və onlara qarşı müdafiə imkanlarının gücləndirilməsini nəzərdə tutan "Drone Edge" təşəbbüsü çərçivəsində növbəti beş il ərzində 40 milyard dollar sərmayə yatırmağı planlaşdırır.

Rutte Ankarada keçirilən forum zamanı on milyardlarla dollar dəyərində müdafiə müqavilələrinin imzalanacağını da bəyan etmişdi.

Qeyd edək ki, iki gün davam edəcək NATO sammitində alyansa üzv 32 ölkənin dövlət və hökumət başçıları iştirak edir. Sammitin ikinci günündə liderlərin iştirakı ilə plenar iclasın keçirilməsi nəzərdə tutulur.

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə NATO

Digər Xəbərlər