Reklam resmi
Reklam resmi

Metroda ən çox sərnişin bu xətt üzrə DAŞINIB

Metroda ən çox sərnişin bu xətt üzrə DAŞINIB
Cəmiyyət

Bu ilin I yarısında Baki metropolitenı ilə 112 milyon səfər, ötən ilin I yarımili ilə müqayisədə 0,3 % artım qeydə alınıb.

Ajans.az xəbər verir ki, bununla bağlı Metropolitendən məlumat verilib. Sərnişinlərin 62 %-i Qırmızı, 34 %-i Yaşıl, 4 %-i isə Bənövşəyi xətt üzrə daşınıb.

Məlumata görə, Bakı metropoliteni üzrə I yarımilin lideri 10 032 772 sərnişinlə “Koroğlu” stansiyası olub.

Qeyd olunur ki, 819 536 sərnişinlə 3 aprel tarixi I yarımilin ən çox sərnişin daşınan günü olub.

"NFC və QR bilet vasitəsilə ümumilikdə 53 173 812 ödəniş həyata keçirilib. Bu göstərici I yarımildə metrodan ödənişli istifadə edən sərnişinlərin 48,94 %-ni təşkil edib", - məlumatda vurğulanır.

Bildirilir ki, “Əlçatan metro” xidməti çərçivəsində 1051 sifariş icra olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə xidmətdən istifadə edənlərin sayının 64,5 % artdığını göstərir.

Mövzular:
metro sərnişin xəttlər Bakı

Digər Xəbərlər