Reklam resmi
Reklam resmi

Rutte: NATO öz ərazisinin hər qarışını müdafiə edəcək

Rutte: NATO öz ərazisinin hər qarışını müdafiə edəcək
Dünya

NATO-nun Baş katibi Mark Rutte Ankarada keçirilən NATO sammiti çərçivəsində Rusiyaya müraciət edərək alyansın öz ərazisinin hər qarışını müdafiə etmək əzmində olduğunu bəyan edib.

Ajans.az xəbər verir ki, bu barədə Clash Report məlumat yayıb.

Rutte çıxışında NATO-nun heç bir ölkəyə qarşı hücum niyyətinin olmadığını vurğulayıb.

"Bu alyans öz ərazisinin hər qarışını müdafiə edəcək. Biz heç vaxt heç kimə hücum etməyəcəyik. Biz yalnız həyat tərzimizi, demokratiyalarımızı və ərazimizi müdafiə edəcəyik", – deyə Baş katib bildirib.

O, həmçinin NATO-nun kollektiv müdafiə siyasətinə sadiq qaldığını qeyd edib.

Mark Rutte əlavə edib ki, sammitin yekun bəyannaməsində Rusiyanın NATO üçün "uzunmüddətli təhdid" kimi qiymətləndiriləcəyini gözləyir.

author picture
Leyla Bayandurlu
Mövzular:
NATO Mark Rutte Türkiyə

Digər Xəbərlər