Tramp: İranla atəşkəs BAŞA ÇATIB
ABŞ Prezidenti Donald Tramp İranla əldə olunmuş atəşkəsin artıq qüvvədə olmadığını bəyan edib.
Ajans.az xəbər verir ki, Tramp bu barədə NATO-nun Baş katibi Mark Rutte ilə görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb.
"Düşünürəm ki, atəşkəs bitdi. Həqiqəti bilmək istəyirsinizsə, onlar sadəcə bir dəstə alçaqdırlar. Mən onları sevmirəm. Onlar pis insanlardır", – deyə ABŞ Prezidenti bildirib.
Tramp həmçinin Vaşinqtonun Tehranla danışıqlara həddindən artıq vaxt sərf etdiyini qeyd edib və diplomatik səyləri davam etdirməkdənsə, digər məsələlərə diqqət yetirməyə üstünlük verdiyini vurğulayıb.
Bundan əlavə, ABŞ Prezidenti İranla bağlı mövqeyini sərt ifadələrlə açıqlayıb.
"Biz onların yaratdığı təhlükədən qurtulmalıyıq. Belə hallarda xərçəngi erkən mərhələdə kəsmək lazımdır. Mənim mövqeyim də məhz budur", – deyə Tramp bildirib.