Reklam resmi
Reklam resmi

Rusiya Ukraynanın paytaxtına HÜCUM EDİB 

Rusiya Ukraynanın paytaxtına HÜCUM EDİB 
Dünya

Rusiya Silahlı Qüvvələri iyulun 8-i səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə növbəti dəfə ballistik raketlərlə hücum həyata keçirib.

Ajans.az xəbər verir ki, hücum nəticəsində şəhərin müxtəlif rayonlarında güclü partlayışlar baş verib, bir neçə ərazidə yanğınlar qeydə alınıb.

Məlumata görə, Desnyanski rayonunda silah anbarlarında yanğın baş verib. Svyatoşinski rayonunda yerləşən yaşayış və digər binalara da ziyan dəyib.

Bundan əlavə, Kiyevin bir neçə rayonunda elektrik enerjisi və su təchizatında fasilələr yaranıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ukrayna Rusiya

Digər Xəbərlər