Reklam resmi
Reklam resmi

İrandan sərt açıqlama: ABŞ-yə qətiyyətli cavab veriləcək

İrandan sərt açıqlama: ABŞ-yə qətiyyətli cavab veriləcək
Dünya

İran Silahlı Qüvvələrinin "Xətəm əl-Ənbiya" mərkəzi qərargahının komandanlığı ABŞ-nin təcavüzünə cavab veriləcəyini və Hörmüz boğazının idarə olunmasına hər hansı müdaxilənin qarşısının alınacağını bəyan edib.

Ajans.az xəbər verir ki, bu barədə İranın "Tasnim" informasiya agentliyi məlumat yayıb.

"İran İslam Respublikasının Silahlı Qüvvələri ABŞ-nin təcavüzünə və terror xarakterli hərəkətlərinə qətiyyətlə cavab verəcək, heç bir şərt altında onların Hörmüz boğazının işlərinə qarışmasına və buranı idarə etməsinə icazə verməyəcək", - deyə agentlik komandanlığın məlumatından sitat gətirib.

Mövzular:
İran ABŞ

Digər Xəbərlər