Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı Vadim Yermolayev binanı həyat yoldaşı, 46 yaşlı Anna Nasobina və 13 yaşlı oğulları Ariel ilə birlikdə tərk edirdi. Partlayış nəticəsində Nasobina ağır yaralanıb. Həkimlər onun ayaqlarını xilas edə bilməyiblər və amputasiya etmək məcburiyyətində qalıblar.
Bəzi beynəlxalq media orqanları partlayışın arxasında Ukrayna Təhlükəsizlik Xidməti (SBU)nin dayandığını iddia etsələr də, bu məlumat rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
Həmçinin bildirilir ki, hadisənin Vadim Yermolayevin Ukraynadakı biznes fəaliyyəti və ya onun ailəsi ilə əlaqəli ola biləcəyi ehtimal olunur. Lakin bu versiyalar da hazırda rəsmi şəkildə təsdiqini tapmayıb.
Monako və Ukrayna rəsmiləri hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.