Reklam resmi
Reklam resmi

Bu ölkədə ziyanverici ZƏLZƏLƏ BAŞ VERDİ

Bu ölkədə ziyanverici ZƏLZƏLƏ BAŞ VERDİ
Dünya

Yaponiyanın Kyuşu adasında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Ajans.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar iyulun 1-də yerli vaxtla saat 08:40-da (Bakı vaxtı ilə 03:40) baş verib. Zəlzələnin maqnitudası 5,1 olub və seysmoloqlar tərəfindən orta dərəcədə dağıntılara səbəb ola biləcək gücdə qiymətləndirilib.

Zəlzələnin episentri Kyuşu adasında, Kadoqava şəhərindən 14 kilometr cənub-qərbdə, Miyazaki prefekturasının Nobeoka şəhərindən isə 24 kilometr məsafədə yerləşib. Ocaq 42 kilometr dərinlikdə qeydə alınıb.

Hazırda xəsarət alanlar və ya dağıntılar barədə rəsmi məlumat yoxdur.

author picture
Leyla Bayandurlu
Mövzular:
Yaponiya zəlzələ

Digər Xəbərlər