Reklam resmi
Reklam resmi

Prezident seçkilərinin tarixi AÇIQLANIB - Bu ölkədə

Prezident seçkilərinin tarixi AÇIQLANIB - Bu ölkədə
Dünya

Fransada Prezident seçkiləri 2027-ci il aprelin 18-də (birinci tur) və mayın 2-də (ikinci tur) keçiriləcək.

Ajans.az  xəbər verir ki, hakimiyyət səsvermənin aprelin 11 və 25-də keçirilməsini nəzərdə tutan alternativ variant əvəzinə bu qrafikə üstünlük verib.

Fransa Konstitusiyasının 7-ci maddəsinə əsasən, prezident seçkiləri hazırkı dövlət başçısının səlahiyyətlərinin başa çatmasına 20 gündən 35 günə qədər qalmış müddətdə keçirilməlidir.

Emmanuel Makron 2022-ci il mayın 14-də ikinci beşillik müddətinə başlayıb, buna görə də onun səlahiyyətləri 2027-ci il mayın 13-də başa çatır. Konstitusiyaya uyğun olaraq, o, ardıcıl olaraq üçüncü müddətə namizədliyini irəli sürə bilməz.

Mövzular:
Səsvermə Fransa Konstitusiyası Emmanuel Makron Prezident seçkiləri

Digər Xəbərlər