Bu ölkədə təhsil mərkəzinin damı çökdü, uşaqlar HƏLAK OLDU
Pakistanın şimal-şərqində yerləşən Lahor şəhərində özəl təhsil mərkəzinin damının uçması nəticəsində azı 14 uşaq həlak olub, bir neçə nəfər isə xəsarət alıb.
Ajans.az xəbər verir ki, bu barədə Ary News telekanalı məlumat yayıb.
Məlumata görə, yaralananlardan təxminən 10-nun vəziyyəti ağır qiymətləndirilir. Rəsmilər ölənlərin sayının arta biləcəyini istisna etmirlər.
Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.

Mövzular: