Ukrayna iki şəhəri birləşdirən körpünü MƏHV ETDİ
Ukrayna işğal altında olan Donetsk və Mariupol şəhərlərini birləşdirən magistral yoldakı körpünün sıradan çıxarıldığını bəyan edib.
Ajans.az xəbər verir ki, bu barədə RBC-Ukrayna İşğalın Öyrənilməsi Mərkəzinin rəhbəri Petro Andryuşenkoya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Kremenivka kəndi yaxınlığında yerləşən Mariupol–Donetsk magistral yolundakı körpü ciddi zədələnib və nəticədə şəhərlər arasında nəqliyyat əlaqəsi iflic olub.
Andryuşenko bildirib ki, körpü əvvəllər də zədələnmişdi, lakin iyulun 1-nə keçən gecə tamamilə istifadəyə yararsız vəziyyətə salınıb.
Hadisə ilə bağlı Rusiya tərəfi hələlik rəsmi açıqlama verməyib.
Mövzular: