"Qarabağ"ın iki oyununa onlar hakim TƏYİN OLUNUB
"Qarabağ"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiya təmsilçisi "Vestri"yə qarşı hər iki oyunun hakim təyinatları açıqlanıb.
Ajans.az xəbər verir ki, Bakıdakı matçı moldovalı FIFA referisi Roman Jitari idarə edəcək.
Onun köməkçiləri isə həmyerliləri Vlad Lifçu və Vadim Vikol olacaq. Dördüncü hakim funksiyasını Andrey Brequta yerinə yetirəcək. VAR-da isveçrəli Luka Cibelli, AVAR-da Anoen Kanaqasinqam əyləşəcək.
İslandiyadakı matçda isə çexiyalı FIFA referisi Marek Radina iş başında olacaq. Ona Kamil Hayeklə Petr Kotalik, və Daniel Vokoun yardım edəcək. VAR hakimi Tomaş Koçurek, AVAR hakimi Andrey Berka olacaq.
Qeyde edək ki, Bakıdakı oyun iyulun 9-da saat 20:00-da, cavab qarşılaşması isə iyulun 16-dan 17-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Mövzular: