Reklam resmi
Reklam resmi

Bu ölkə Beynəlxalq Cinayət Məhkəməsindən ÇIXDI

Bu ölkə Beynəlxalq Cinayət Məhkəməsindən ÇIXDI
Dünya

Çad hökuməti Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmaq qərarı qəbul edib.

Ajans.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müvafiq rəsmi bildiriş Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinə təqdim edilib.

Çad hakimiyyəti qərarı BCM-in fəaliyyətinin məhdud effektivliyi və seçici yanaşması ilə əsaslandırıb. Nazirliyin açıqlamasına görə, məhkəmənin indiyədək başladığı 13 istintaqdan doqquzu Afrika ölkələri ilə bağlı olub. Həmçinin hazırda həbsdə olan yeddi təqsirləndirilən şəxsdən altısı Afrika dövlətləri üzrə aparılan işlər çərçivəsində saxlanılıb.

Qeyd edək ki, Çad 2006-cı ildə Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətini tənzimləyən Roma Statutunu ratifikasiya edib.

Roma Statutuna əsasən, üzv dövlətin BCM-dən çıxması barədə qərar BMT Baş katibinin rəsmi bildirişi qəbul etməsindən bir il sonra hüquqi qüvvəyə minir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Çad Beynəlxalq Cinayət Məhkəməsi

Digər Xəbərlər