Reklam resmi
Reklam resmi

Ülvi Hacızadə nazir müavini təyin olundu

Ülvi Hacızadə nazir müavini təyin olundu
Cəmiyyət

Ülvi Hacızadə Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin olunub.

Ajans.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev müvafiq Sərəncam imzalayıb.

Təyinatla bağlı Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev Ülvi Hacızadəni nazirliyin kollektivinə təqdim edib.

Qeyd edək ki, bu dövrə qədər Ülvi Hacızadə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.

Mövzular:
Ülvi Hacızadə nazir müavin vəzifə Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər naziri

Digər Xəbərlər