Reklam resmi
Reklam resmi

Kolumbiya Azərbaycandakı səfirliyini BAĞLAYACAQ

Kolumbiya Azərbaycandakı səfirliyini BAĞLAYACAQ
Siyasət

Kolumbiyanın yeni seçilmiş prezidenti Abelardo de la Espriella ölkənin xaricdəki ən azı 14 səfirliyinin bağlanacağını açıqlayıb.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, bağlanması planlaşdırılan diplomatik nümayəndəliklər Əlcəzair, Azərbaycan, Barbados, Kuba, Çexiya, Efiopiya, Qana, Haiti, Macarıstan, Malayziya, Nikaraqua, Rumıniya, Seneqal və Cənubi Afrikada yerləşir.

Prezident həmçinin sələfi Qustavo Petronun hökumətinin planlaşdırdığı Fələstində Kolumbiya səfirliyinin açılması təşəbbüsünü dayandıracağını bildirib.

Abelardo de la Espriella əlavə edib ki, dövlət xərclərinin azaldılması məqsədilə Fransadakı diplomatik nümayəndəliklərin UNESCO yanında fəaliyyət göstərən missiya ilə, İtaliyadakı nümayəndəliklərin isə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) yanında fəaliyyət göstərən missiya ilə birləşdirilməsi planlaşdırılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Kolumbiya Azərbaycan

Digər Xəbərlər