Ruminiyada GƏRGİNLİK-Daha bir dron
Rumıniya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "F-16" qırıcısı ölkənin hava məkanını pozan daha bir pilotsuz uçuş aparatını (PUA) vurub. Bu, son 24 saat ərzində məhv edilən ikinci drondur.
Ajans.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib.
"Bu gün səhər saat 08:22-də eyni "F-16" qırıcısını idarə edən həmin rumıniyalı pilot hava məkanımıza daxil olan ikinci dronu zərərsizləşdirib", - nazirliyin "Facebook" səhifəsində yayılan bəyanatda bildirilib.
Nazirlikdən vurğulanıb ki, sözügedən PUA Ukrayna sərhədinə yaxın, yaşayış olmayan ərazidə məhv edilib.
Mövzular: