Reklam resmi
Reklam resmi

Hökməli qəsəbəsində avtomobildə YANĞIN BAŞ VERİB

Hökməli qəsəbəsində avtomobildə YANĞIN BAŞ VERİB
Hadisə

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Hökməli qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Ajans.az xəbər verir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.,

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtoyuma məntəqəsinin daxilində “BMW” markalı minik avtomobilində baş vermiş yanğın genişlənərək obyektə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb.

Xəsarət alan olmayıb.

Avtoyuma məntəqəsi yanğından mühafizə olunub.

Mövzular:
FHN Yanğın

Digər Xəbərlər