Reklam resmi
Reklam resmi

İrandan Ermənistanla bağlı TƏKLİF

İrandan Ermənistanla bağlı TƏKLİF
Dünya

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyan İrana səfəri çərçivəsində İranın neft naziri Möhsün Paknejad ilə görüşüb.

Ajans.az xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyan bildirib.

İranlı nazir Ermənistanın göstərdiyi dəstəyi yüksək qiymətləndirərək, Tehranın öz imkanları daxilində şimal-qərb qonşusu ilə əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib.

O qeyd edib ki, iki ölkə arasında mövcud enerji tərəfdaşlığı "qaz müqabilində elektrik" prinsipinə əsaslanır.

Paknejad İranın təbii qaz ixracını genişləndirməyi hədəfləyən yeni ticarət modeli təklif etdiyini açıqlayıb.

Paknejad əlavə edib ki, təklifin həyata keçirilməsi üçün mövcud infrastrukturun hərtərəfli qiymətləndirilməsi və Ermənistandan regional tranzit dəhlizi kimi istifadə etməklə Ermənistan bazarından kənarda qaz ticarətinin genişləndirilməsinin mümkünlüyü vacibdir.

Mövzular:
iran ermənistan qaz ixrac

Digər Xəbərlər