ABŞ-dən Ukraynaya XƏBƏRDARLIQ
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya Qara dənizdə üçüncü ölkələrə məxsus gəmilərə və neft infrastrukturuna zərbələr endirməyin yolverilməz olduğuna dair xəbərdarlıq edib.
Ajans.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri mənbəyə istinadən məlumat yayıb.
"ABŞ administrasiyası Xəzər Boru Kəməri Konsorsiumunu (CPC) Qazaxıstandan Avropa bazarlarına enerji resurslarının tədarükü üçün mühüm kanal kimi qiymətləndirir. Bu kəmər Rusiya marşrutlarına alternativ rolunu oynayır", – deyə nəşr mənbənin sözlərini sitat gətirib.
Xatırladaq ki, İyulda CPC-nin dəniz terminalı yaxınlığında tankerlərə qarşı bir sıra pilotsuz uçuş aparatı hücumları baş verib. Qazaxıstan Xarici İşlər Nazirliyi Astananın dəymiş zərərin ödənilməsini tələb edə biləcəyini istisna etməyib.
Qeyd edək ki, Qazaxıstan hasil etdiyi neftin təxminən 80%-ni Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə ixrac edir.
Mövzular: