Tramp Britaniyanı kasıb fəlakət adlandırıb
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanı "kasıb fəlakət" adlandırıb.
Ajans.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib.
Tramp bildirib ki, Böyük Britaniyanın yeni Baş naziri Endi Börnem Şimal dənizində neft hasilatının artırılması planlarını dəstəkləyir. Onun sözlərinə görə, bu region dünyanın ən böyük yüksək keyfiyyətli neft ehtiyatlarından birinə malikdir və mövcud resurslar yüz illərlə kifayət edə bilər. Tramp əlavə edib ki, ehtiyatların əhəmiyyətli hissəsi hələ də tam araşdırılmayıb.
ABŞ prezidenti hesab edir ki, Şimal dənizində neft hasilatının genişləndirilməsi Böyük Britaniyanı "kasıb fəlakət" vəziyyətindən çıxararaq dünyanın ən zəngin ölkələrindən birinə çevirə bilər.
Mövzular: