Ana səhifə / Dünya / Bu ölkədə GÜCLÜ ZƏLZƏLƏ Bu ölkədə GÜCLÜ ZƏLZƏLƏ Dünya 21-07-2026 - 17:25 Çinin cənub-qərbində yerləşən Yunnan əyalətində 5,0 bal gücündə zəlzələ qeydə alınıb. Ajans.az xəbər verir ki, bu barədə Sinxua agentliyi Çin Seysmik Şəbəkə Mərkəzinə istinadən məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri 6 kilometr dərinlikdə yerləşib. Hazırda hadisə nəticəsində ölən, xəsarət alan və ya dağıntıların olduğu barədə rəsmi məlumat verilməyib. Leyla Bayandurlu