60 nəfər hovuz suyundan ZƏHƏRLƏNDİ - bu ölkədə
İspaniyada otel hovuzunda üzdükdən sonra uşaqlar və yaşlılar da daxil olmaqla 60 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya aparılıb.
Ajans.az xəbər verir ki, bu barədə "Diario Sur" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, Benahavisdəki otellərdən birinin hovuz sistemi xlor tədarükünü və suyun pH səviyyəsini tənzimləməsini dayandırıb. Suda üzərkən zəhərlənən turistlər xəstəxanaya yerləşdirilməli olublar.
Qəzet bildirir ki, üzgüçülük hovuzu təmir işləri ilə əlaqədar bağlanıb. Bəzi turistlər oteldən şikayət etməyi planlaşdırırlar.
Mövzular: