Reklam resmi
Reklam resmi

Naxçıvanda  ağır qəza: yeniyetmə öldü

Naxçıvanda  ağır qəza: yeniyetmə öldü
Hadisə

Kəngərli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az xəbər verir ki, qəza Naxçıvan–Sədərək magistral avtomobil yolunun 22-ci kilometrliyində, Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Hunday" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 2010-cu il təvəllüdlü Seyidov Mirməhərrəm Afət oğlu aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Qəza zamanı 1998-ci il təvəllüdlü Məmmədova Gülşən Məmmədbağır qızı, 2009-cu il təvəllüdlü Seyidova Aytac Əli qızı, 1959-cu il təvəllüdlü Quluzadə Telli Alı qızı, 1981-ci il təvəllüdlü Seyidova Rüqəyyə Bağır qızı və 2023-cü il təvəllüdlü Məmmədov Araz Pərviz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Mövzular:
Naxçıvan–Sədərək Kəngərli rayonu Naxçıvan ağır qəza

Digər Xəbərlər