Bakıda qadını yumruqlayan şəxslə bağlı QƏRAR VERİLDİ
Bakıda yerləşən mağazaların birində qadına qarşı zorakılıq edən şəxs barəsində cinayət işi açılıb.
Ajans.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, paytaxtda qadına zorakılıq tətbiq edən 1982-ci il təvəllüdlü Zamiq Xəlilov barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmənin qərarına əsasən, həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, hadisə ötən gün saat 2 radələrində qeydə alınıb. Aparılan tədbirlər nəticəsində 1982-ci il təvəllüdlü Zamiq Xəlilov saxlanılıb.
Mövzular: