Biləsuvarda iki yük maşını toqquşdu
Biləsuvarda iki yük maşını toqquşub, xəsarət alan var.
Ajans.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Cəlilabad rayonunun Maşlıq kənd sakini Cavid Zamin oğlu Babayevin idarə etdiyi “Ford Transit” markalı kiçiktonajlı yük avtomobili hərəkətdə olarkən “KamAZ” markalı yük maşınına çırpılıb. Zərbənin təsirindən "Ford Transit"in ön hissəsi tamamilə yararsız vəziyyətə düşüb.
Qəza nəticəsində Cavid Babayev müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Faktla bağlı araşdırma aparılır./lent.az
Mövzular: