Bu ölkədə DƏHŞƏT: İkinci həyat yoldaşını öldürmək üçün QATİL TUTDU
2026-cı il mayın 5-də Özbəkistanın paytaxtı Daşkənddə 41 yaşlı kişi ikinci həyat yoldaşını öldürmək məqsədilə muzdlu qatil tutmağa cəhd etdiyi iddiası ilə saxlanılıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, o, qətlin həyata keçirilməsi müqabilində "qatil"ə 10 min ABŞ dolları və qadına məxsus avtomobili vəd edib. Şübhəli şəxs əvvəlcədən 2 min dollar avans da verib.
Lakin hüquq-mühafizə orqanları plana vaxtında müdaxilə edib. Bildirilir ki, muzdlu qatil qismində çıxış edən şəxs istintaqla əməkdaşlıq edib və bundan sonra qətl səhnələşdirilib. Şübhəliyə cinayətin guya törədildiyini göstərən saxta sübutlar təqdim olunub.
Kişi qalan pulu və avtomobili təhvil verməyə çalışarkən polis tərəfindən saxlanılıb.
İstintaq zamanı o, iki qadınla münasibətdə olduğunu və aralarındakı münaqişəni bu yolla həll etmək istədiyini etiraf edib.
Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.