Dünya Kubokunun ən yaşlı futbolçusu karyerasını başa vurdu
Şotlandiya millisinin qapıçısı Kreyq Qordon 43 yaşında peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Ajans.az xəbər verir ki, bu barədə onun ilk klubu olan "Heart of Midlothian" ("Harts") rəsmi məlumat yayıb.
Qordon 2026-cı il Dünya Kubokunun iştirakçıları arasında ən yaşlı futbolçu olub. O, turnirdə meydana çıxmasa da, bu rekordu öz adına yazdırıb.
Təcrübəli qapıçı karyerası ərzində əsasən "Harts", "Sanderlend" və "Seltik" klublarında çıxış edib.
Kreyq Qordon 2004–2026-cı illərdə Şotlandiya millisinin formasını geyinərək 84 oyunda meydana çıxıb.
Mövzular: