Peruda dəhşətli QƏZA- 14 nəfər ÖLÜB
Peruda sərnişin mikroavtobusunun 500 metrlik dərəyə yuvarlanması nəticəsində 14 nəfər həlak olub.
Ajans.az xəbər verir ki, bu barədə RMF24 nəşri məlumat yayıb.
Faciəli hadisə Perunun şimal hissəsində, Kaxamarka departamentində qeydə alınıb. İnsanlarla dolu mikroavtobus anidən hərəkət zolağından çıxaraq 500 metrlik dərəyə yuvarlanıb, qəza nəticəsində azı 14 nəfər həlak olub. Beş nəfər ağır xəsarət alıb. Xəsarət alanlar arasında uşaqlar da olub. Ölənlərin sayının arta biləcəyi istisna edilmir. Hadisə yerinə dərhal xilasedicilər, o cümlədən polis əməkdaşları, təcili tibbi yardım briqadaları və yanğınsöndürmə qüvvələri cəlb edilib. Qəza bölgəsinə ilk çatanlar isə ətrafda yaşayan yerli sakinlər olublar. Rəsmi qurumlar əzilmiş nəqliyyat vasitəsinin qalıqları altında digər şəxslərin də qalma ehtimalını nəzərdən qaçırmır. Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir.