Google Play-də Rusiyanın məşhur tətbiqləri SİLİNDİ
Rusiyanın məşhur "Odnoklassniki" sosial şəbəkəsinin tətbiqi, eləcə də Mail.ru elektron poçt və Zen platformasının tətbiqləri Google Play mağazasından yoxa çıxıb.
Ajans.az xəbər verir ki,bu barədə Lenta.ru məlumat yayıb.
Məlumata görə, sözügedən tətbiqlər artıq Google Play vasitəsilə istifadəçilər üçün əlçatan deyil.
Hazırda tətbiqlərin mağazadan hansı səbəbdən silindiyi ilə bağlı rəsmi açıqlama verilməyib.
Mövzular: