Kəlbəcərdə çaya düşən uşağın meyiti tapıldı
Kəlbəcərin Çəpli kəndində çaya düşən 11 yaşlı uşağın meyiti tapılıb.
Ajans.az xəbər verir ki, bununla bağlı FHN-in Mətbuat xidmətindən məlumat verilib.
12 iyul 2026-cı il tarixində Levçay çayının Kəlbəcər rayonu, Çəpli kəndindən keçən hissəsində batan 2015-ci il təvəllüdlü Abutalıbov Yaqub Zabil oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Mövzular: