Reklam resmi
Reklam resmi

Ermənistan hökuməti TRIPP sazişini təsdiqləyən qanun layihəsini qəbul edib

Ermənistan hökuməti TRIPP sazişini təsdiqləyən qanun layihəsini qəbul edib
Siyasət

Ermənistan hökuməti Ermənistan-ABŞ arasında "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) təşəbbüsü üzrə sazişin təsdiqinə dair qanun layihəsini qəbul edib.

Ajans.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, sənəd növbəti mərhələdə ölkə Konstitusiyasına uyğunluğunun qiymətləndirilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunacaq.

Hökumətin iclasında çıxış edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, sazişin məqsədi Ermənistan və ABŞ arasında əməkdaşlığı gücləndirməklə, infrastruktur layihələri vasitəsilə Cənubi Qafqazda sülh və sabitliyə töhfə verməkdir.

Mirzoyanın sözlərinə görə, TRIPP sazişinin tam qüvvəyə minməsi üçün daha iki sənəd – səhmdar sazişi və TRIPP şirkətinin nizamnaməsi imzalanmalıdır.

"Hazırda bu sənədlər üzərində iş aparılır", – deyə nazir qeyd edib.

Nazirlər Kabineti müzakirələrdən sonra qanun layihəsini təsdiqləyib. Konstitusiya Məhkəməsi sənədi müsbət qiymətləndirəcəyi təqdirdə, o, ratifikasiya üçün parlamentə göndəriləcək.

Xatırladaq ki, TRIPP təşəbbüsü 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən üçtərəfli görüşdən sonra elan olunub. Həmin görüşün yekununda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin yaradılması və iki ölkə arasında sülhün təşviqi ilə bağlı birgə bəyanat imzalayıblar.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ermənistan TRIPP sazişi

Digər Xəbərlər