Reklam resmi
Reklam resmi

Bu ölkədə sunami XƏBƏRDARLIĞI EDİLDİ

Bu ölkədə sunami XƏBƏRDARLIĞI EDİLDİ
Dünya

Yeni Zelandiyada baş verən 6,3 bal gücündə zəlzələdən sonra ölkənin bir sıra sahil bölgələri üçün sunami xəbərdarlığı elan edilib.

Ajans.az xarici mediaya istinadən xəbər veirr ki, zəlzələnin episentri Te Anau şəhərindən təxminən 40 kilometr şimalda yerləşib. Təbii fəlakətdən sonra Cənubi Adanın qərb sahillərində, Milford Sounddan Puysequr Pointədək uzanan ərazilərdə sunami təhlükəsinin yarana biləcəyi bildirilib.

Yeni Zelandiyanın Milli Fövqəladə Halların İdarə Edilməsi Agentliyi sahilyanı ərazilərdə daşqın riskinin yüksək olduğunu açıqlayıb.

Qurum sakinlərə təhlükəsizlik məqsədilə mümkün qədər tez yüksək ərazilərə üz tutmağı və rəsmi qurumların göstərişlərinə əməl etməyi tövsiyə edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Yeni Zelandiya zəlzələ

Digər Xəbərlər