Əli Xameneinin dəfn olunduğu məqbərədə YANĞIN
İranın Məşhəd şəhərində yerləşən və ölkənin keçmiş Ali Rəhbəri Əli Xameneinin dəfn olunduğu İmam Rza məqbərəsində yanğın baş verib.
Ajans.az xəbər verir ki, bu barədə Tasnim News agentliyi məlumat yayıb.
Məlumata görə, yanğın məqbərə kompleksinin ərazisində yerləşən bitum emalatxanasında başlayıb. Hadisə yerinə məqbərənin yanğın təhlükəsizliyi xidməti və Məşhəd Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub.
Yanğın qısa müddətdə lokallaşdırılaraq tam söndürülüb. Kompleksin ərazisində sıx tüstü müşahidə olunsa da, alov məqbərənin digər hissələrinə yayılmayıb.
İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.
Mövzular: