Reklam resmi
Reklam resmi

Azərbaycan neftinin qiyməti 81 dolları ötüb

Azərbaycan neftinin qiyməti 81 dolları ötüb
İqtisadiyyat

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Ajans.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,38 dollar və ya 4,34% artaraq 81,29 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 77,91 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Mövzular:
Azərbaycan neft qiymət dollar

Digər Xəbərlər