Azərbaycandan Almaniyaya ixrac edilən neftin həcmi məlum oldu
Cari ilin yanvar-may aylarında Azərbaycandan Almaniyaya ixrac edilən neftin həcmi açıqlanıb.
Ajans.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dərc etdiyi xarici ticarətin gömrük statistikasına əsasən, yanvar-may aylarında Azərbaycandan Almaniyaya 210,9 milyon ABŞ dolları dəyərində 360,3 min ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub.
Komitənin məlumatına görə, bu göstərici dəyər ifadəsində 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 66,1 milyon ABŞ dolları və ya 23,9 faiz, həcm baxımından isə 140,9 min ton və ya 28,1 faiz azdır.
Mövzular: