Reklam resmi
Reklam resmi

Brent-in qiyməti 81 dolları ötdü 

Brent-in qiyməti 81 dolları ötdü 
İqtisadiyyat

Brent markalı xam neftin bir barelinin qiyməti son həftələrin ən üst səviyyəsinə yüksələrək 81 dollar həddini keçib.

Ajans.az xəbər verir ki, qlobal enerji bazarlarında bölgədə davam edən gərginlik fonunda neft qiymətlərində artım müşahidə olunur. Brent markalı neftin qiyməti iyunun 22-dən bəri ilk dəfə 81 dollar həddini aşaraq son ayların ən yüksək göstəricisinə çatıb.

Analitiklər qiymət artımını Yaxın Şərqdə geosiyasi risklərin davam etməsi və enerji bazarlarında yaranan narahatlıqla əlaqələndirirlər.

Mövzular:
Brent xam neft dollar

Digər Xəbərlər