Reklam resmi
Reklam resmi

Türkiyənin Azərbaycana metal ixacından qazancı 6 %-dən çox artıb 

Türkiyənin Azərbaycana metal ixacından qazancı 6 %-dən çox artıb 
İqtisadiyyat

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 65,724 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.

Ajans.az xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,3 % çoxdur.

Təkcə iyunda isə Türkiyə Azərbaycana 10,022 milyon ABŞ dolları dəyərində qara və əlvan metal ixrac edib ki, bu da bir il əvvələ nisbətən 19 % azdır.

Yanvar-iyun aylarında Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 11,7 % artaraq 7,205 milyard ABŞ dollarına, iyun ayında isə 40,7 % artaraq 1,362 milyard ABŞ dollarına çatıb.

Mövzular:
Türkiyə Azərbaycan metal ixac

Digər Xəbərlər