Altı ayda Bakıda 1543 yol qəzası baş verib
Bu ilin 6 ayı ərzində Bakıda 1543 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Ajans.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Məlumata görə, paytaxt yollarındakı videomüşahidə kameralarının əhatə dairəsində bu ilin 6 ayı ərzində 1543 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Müvafiq tədbirlər görülməsi üçün NİİM-in əməkdaşları tərəfindən aidiyyəti üzrə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına məlumat verilib.
Mövzular: